0552508808

0124977539

Elm adamları, ziyalılar
|

Lətif Məmməd oğlu Güləhmədov (professor)

10.06.2021

Güləhmədov Lətif Məmməd oğlu 5 mart 1940-cı ildə Kəpənəkçidə anadan olmuşdur.

1958-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə qəbul olunmuş, 1963-cü ildə ali təhsilini başa vurmuşdur.

 

1966-1969-cu illərdə BDU-nun Üzvi kimya kafedrasının əyani aspirantı olmuşdur. 1969-1971-ci illərdə BDU-nun Qeyri-üzvi kimya kafedrasında laborant vəzifəsində işləmişdir. 1971-1976-cı illərdə Üzvi kimya kafedrasında assistent, 1976-1982-ci illərdə baş müəllim, 1982-1992-ci illərdə dosent vəzifəsində çalışmışdır. 1992-ci ildən ömrünün axırınadək həmin kafedranın professoru vəzifəsində işləmişdir.

 

1971-ci ildə namizədlik, 1991-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1992-ci ildə “Üzvi kimya” ixtisası üzrə professor adına layiq görülmüşdür.

Əsas tədqiqat obyektini hidroxinon əsasında çoxfunksiyalı törəmələrin alınması və onların xassələrinin tədqiqi təşkil edir. Elmi-pedaqoji fəaliyyəti 70 elmi əsərdə, o cümlədən müəlliflik şəhadətnaməsində və metodiki göstəricidə öz ifadəsini tapmışdır. Rəhbərliyi ilə 2 elmlər namizədi hazırlanmışdır. Bu illər ərzində dünya ədəbiyyatında məlum olmayan 350-dən çox yeni üzvi maddə sintez etmişdir.

 

Moskva, Riqa, Ufa, Tbilisi, Bakı şəhərlərində keçirilən elmi konfranslarda məruzələrlə çıxış etmişdir.

 

Professor Lətif Güləhmədov 2006-cı ildə Haqqın Dərgahına qovuşmuşdur.

Allah rəhmət eləsin!

 

37.2 KB