0552508808

0124977539

Elm adamları, ziyalılar
|

Pünhan Mustafa oğlu Əfəndiyev (elmlər namizədi, dosent)

10.06.2021

Pünhan Mustafa oğlu Əfəndiyev 1938-ci il avqustun 20-də Gürcüstan Respublikasının Bolnisi rayonun Kəpənəkçi kəndində anadan olub. 

P.Əfəndiyev 1947-1954-cü illərdə Kəpənəkçi kənd 8 illik məktəbində, 1954-1957-ci illərdə Arıxlı kənd orta məktəbində oxuyub. 1957-1958-ci illərdə Kəpənəkçi kənd 8 illik məktəbində işləyib.

1958-1963-cü illərdə ADU-nun Biologiya fakültəsində təhsil alıb.

1963-1967-ci illərdə Azərbaycan Respublikası Canitar-Epidemioloji stansiyasında işləyib.
1967-2008-ci illərdən BDU-nun Biologiya fakültəsində çalışıb.

Pünhan Əfəndiyev Azərbaycanın elm sahəsində böyük uğurlara imza atıb.

1967-1970-ci illərdə BDU-nun Botanika kafedrasında loborant, 1970-1979-cu illərdə assistent, 1979-1983-cü illərdə baş müəllim, 1983-2008-ci illərdə dosent olub.

Pünhan Əfəndiyev 1975-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının akademiki Vahid Cəlal oğlu Hacıyevin elmi rəhbərliyi ilə “Quba rayonu Vəlvələçay hövzəsinin florası, bit-kiçiliyi və fitomeliorativ xüsusiyyətləri” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edib “Biologiya elmləri namizədi” alimlik dərəcəsi aldı.

67 elmi məqalə və tezisin, 3 metodiki göstərişin, 1 dərs vəsaiti və 1 monoqrafiyanın müəllifidir.

Geobotanika, bitki morfologiyası, Azərbaycan florası sahəsində elmi tədqiqat işləri aparıb.

 

Bir sıra beynəlxalq seminar, simpozium və konfranslarda iştirak edib:

2004-cü ildə Azərbaycan: Böyük Qafqaz cənub hissəsi yüksəkdağlığının xalıları. Biologiyada inkişaf və müasirliyə həsr olunmuş, Böyük Qafqazın (Şəki-Zaqatala bölgəsi) cənub hissəsi yüksəkdağlığının subalp çəmən bitkiliyi,

2005-ci ildə Azərbaycan: Müasir tipli dekorativ yaşıllığın qurulma prinsipləri və onun bioekoloji xüsusiyyətləri. Eksperimental biologiya və müasirliyə.

2006-cı ildə Azərbaycan: Ətraf mühitin mühafızəsində istifadə olunan dekorativ bitkilərin bioekoloji xüsusiyyətləri.Ətraf mühitin mühafizəsində Botanika bağlarının roluna,

2006-cı ildə Azərbaycan: Böyük qafqazın cənub hissəsində yayılan kol və yarımkol bitkiliyi,

2007-ci ildə Azərbaycan:Böyük Qafqazda yayılan balverən bitkilər və onların bioekoloji xüsusiyyətləri,tətbiqi biologiyanın problemlərinə,

2007-ci ildə Böyük Qafqazın subalp həqiqi mezofıl çəmənlik formasiyası. Təbiət və cəmiyyət problemləri.

Akademik Həsən Əliyevin 100 illimk yubileyinə həsr olunmuş Beynəlxalq Elmi Konfranslarda iştirak edib.

 

Pünhan Əfəndiyev Müasir tipli dekorativ yaşıllığın qurulma prinsipləri (2005), Ətraf mühitin mühafizəsində istifadə olunan dekorativ bitkilərin bioekoloji xüsusiyyətləri (2006), Böyük Qafqazın subalp həqiqi mezofil çəmənlik formasiyası (2007) elmi əsərlərin, eyni zamanda Vəlvələçay hövzəsinin bitki aləmi (2003) və Bitki morfologiyası (2005) kitablarının müəllifidir.

 

Dəyərli ziyalımız, ağsaqqalımız Pünhan müəllim 26 mart 2021-ci ildə rəhmətə getmişdir. Allah rəhmət eləsin!

 

5.8 KB