10.06.2021
Ziyəddin Əlimərdan oğlu Namazov 1938-ci ildə Kəpənəkçidə anadan olmuşdur. Kəpənəkçi səkkizillik məktəbini bitirdikdən sonra qonşu Arıxlı kəndində orta təhsilni davam etdirmişdir. 1958-ci ildə Arıxlı kənd orta məktəbini bitirdikdən sonra isə həqiqi hərbi xidmətə yollanmışdır.
1961-ci ildə ordudan tərxis olunub və Kirovabad (indiki Gəncə) Kənd Təsərrüfatı İnstitutuna qəbul olmuşdur.
İnstitutu bitirdikdən sonra onun təyinatını Azərbaycan Elmi-Tədqiqat Meyvəçilik və Tərəvəzçilik İnstitutuna vermişdilər. Burada iki il işlədikdən sonra o, gələcəkdə alim olmaq məqsədilə həmin İnstitutun aspiranturasına qəbul oldu.
Ziyəddin Əlimərdan oğlu Namazov 1972-ci ildə Azərbaycan Elmlər Akademiyasında biologiya elmləri doktoru R.Ələsgərzadənin elmi rəhbərliyi ilə “Gül kələm sortlarının Abşeron şəraitində aqro-bioloji xüsusiyyətlərinin öyrənilməsi” mövzusunda dissertasiya işini müdafiə edib “Kənd təsərrüfatı elmləri namizədi” alimlik dərəcəsi aldı. Ziyəddin müəllimin elmi işinə görkəmli Azərbaycan alimləri İ.Mustafa-yev, İ.Əfəndiyev, H.Əliyev, Moskvadan akademik Brız-qalov, Leninqraddan akademik Boos və bir sıra dünyaşöh-rətli alimlər müsbət rəylər göndərmişdilər.
Ziyəddin Namazov 1973-cü ildə Kəpənəkçiyə qayıtmış və bir müddət Bolnisi Üzümçülük Sovxozunda şöbə müdiri işləmişdir. 1978-ci ildə isə onu Saraçlı Kartofçuluq – Südçülük Sovxozuna direktor təyin eləmişdilər.
Ziyəddin Namazov 1985-1988-ci illərdə Bolnisi Üzümçülük Sovxozunun, 1988-1997-ci illərdə isə Kəpənəkçi Üzümçü-lük Sovxozunun Baş aqronomu vəzifələrində işləmişdir.
Qeyd: Məlumat Ziyadxan Budağın "Bir kəndin naxışları" kitabından əldə edilmişdir