10.06.2021
Mahmud İsa oğlu Eyyubov 31 oktyabr 1937-ci ildə Kəpənəkçidə dünyaya göz açmışdır. Kənddəki səkkizillik məktəbi bitirərək Arıxlı kəndində orta təhsilini davam etdirib. 1958-ci ildə orta təhsilini başa vuraraq əsgəri xidmətə yollanıb.
1961-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Aqronomiya və torpaqşünaslıq” fakültəsinə qəbul olub və 1966-cı ildə ali təhsilini başa vurub.
1966-1974-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Meyvəçilik İnstitutunda elmi işçi işləyib. Aspiranturada təhsil alıb.
Mahmud Eyyubov 1974-cü ildə dissertasiya işini müvəffəqiyyətlə müdafiə edib “Kənd təsərrüfatı elmləri namizədi” alimlik dərəcəsi alıb.
1979-cu ildən ömrünün sonunadək Azərbaycan Respublikası Quba Zonası Aqrokimya laboratoriyasının müdiri işləyib.
Mahmud İsa oğlu Eyyubov 1998-ci il fevral ayının 1-də 61 yaşında dünyasını dəyişib.
Ailəsi Quba rayonunun Zərdabi qəsəbəsində yaşayır. Üç qızı, bir oğlu və doqquz nəvəsi vardı.
Qeyd: Məlumat Ziyadxan Budağın "Bir kəndin naxışları" kitabından əldə edilmişdir