10.06.2021
Qəşəm Şamil oğlu Yaqubov 01 iyul 1938-ci il Gürcüstanda, Bolnis rayonu Kəpənəkçi kəndində anadan olmuşdur.
Q.Ş. Yaqubov 1938-ci ilin iyul ayının 1-də Gürcüstanın Borçalı mahalının Kənələkçi (indiki Kvemo-Bolnisi) kəndində əkinçi ailəsində anadan olmuşdur. Qonşu Faxralı kənd orta məktəbini qurtardıqdan sonra 1957-1962-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun və Azərbaycan Dövlət Universitetinin tələbəsi olmuş, coğrafiya-biologiya ixtisası üzrə ali təhsil almışdır.1968-1971-ci illərdə Azərbaycan EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun aspirantısına daxil olub.Q.Ş.Yaqubovun respublika və bir sıra beynəlxalq miqyaslı elmi konfranslarında elmi məruzələrlə çıxış etmişdir. O, əmək vetiranıdır və əldə etdiyi elmi nailiyyətlərə görə keçmiş SSRİ XTNS-nin gümüş medalı ilə mükafatlandırılmışdır.
1964-cü ilin sentyabr ayından etibarən əmək fəaliyyətinə başlamışdır.
1964-1968-ci illərdə Bakı torpaq ekspedisiyasında mühəndis-torpaqşünas, dəstə rəisi vəzifələrində işləmişdir.
1968-1971-ci illərdə Azərbaycan EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun aspirantı olub.
1975-ci ildə «Torpaqşünaslıq» ixtisası üzrə dissertasiya müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi-alimlik dərəcəsi almışdır.
1971-1979-cu illərdə Azərbaycan Dövlət Yerquruluşu Layihə («Azdövyerqurlayihə») İnstitutunda dəstə rəisi və şöbədə layihə üzrə baş mühəndis işləmişdir.
1979-1991-ci illərdə keçmiş SSRİ Dövlət Elmi-Tədqiqat Torpaq Sərvətləri İnstitutunun «Azərbaycan şöbəsi»nin müdiri olmuşdur.
1991-1993-cü illərdə «Aqroekologiya» Elm Mərkəzinin Geokimya ekspedisiyasında, 1993-1997-ci illərdə isə Azərbaycan EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda şöbə rəisi və lobaratoriya müdiri vəzifəsində çalışmışdır.
1995-1997- ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi “Dərya” universitetində ştatdan kənar müəllim vəzifəsində işləmişdir.
1997-ci ildən başlayaraq Azərbaycan Dövlət Torpaq Komitəsinin Dövlət Yerquruluşu Layihə İnstitutunda direktor müavini və baş mühəndis vəzifəsində çalışmaqla Respublikamızda torpaq islahatının aparılması üçün lazım olan hüquqi normativ sənədlərin hazırlanmasında fəal iştirak etmişdir.
Qəşəm Yaqubov 2004-cü ildə Norveç hökumətinin maliyyə dəstəyi ilə Norveç ACONA Kaspian şirkətinin rəhbərliyi ilə “Aqroeko Konsaltinq Mərkəzi” adlanan QHT-da Abşeron yarımadası Hövsan yaşayış məntəqəsi yaxınlığında “Qum adası” NQÇİ idarəsinin neft mədəni ərazisində neftlə çirklənmiş torpaqların təmizlənməsi və bərpasına aid sınaq layihəsində aparıcı tərəfdaş kimi iştirak etməklə 0,5 ha neftlə şiddətlə çirklənmiş torpaq sahəsinin rekultivasiyası işləri aparmış və səmərəli nəticə əldə etmişdir. 2006-ci ildə Azərbaycan Respublikasında torpaqıların səhralaşma və deqradasiyasına qarşı mübarizə üzrə Milli fəaliyyət planı çərçivəsində layihə işçi qrupuna (LİQ) rəhbərlik etmiş, torpaqların səhrəlaşmasına, şorlaşmasına, deqrasiyasına qarşı təkliflər kompleksini işləmişdir. Tədqiqatların nəticəsi olaraq Q.Ş. Yaqubov tərəfindən ETSN-nın bir sıra əməkdaşlarının iştirakı ilə 2008-ci ildə “Torpaqların səhrəlaşması üzrə izahlı lüğət” adı altında kitab çap olunmuşdur.
Aqrar elmləri üzrə fəlsəfə doktoru olan Qəşəm müəllim, AMEA Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda, aparıcı baş elmi işçisi olub.
Qəşəm Yaqubov 138 elmi-publisist işin, o cümlədən 17 kitabça, (təlimat, metodiki göstəriş) və 2 monoqrafiyanın tək və müştərək müəllimlərlə birlikdə müəllifidir.