0552508808

0124977539

Elm adamları, ziyalılar
|

Vidadi Ağakişi oğlu Acalov (elmlər namizədi)

11.06.2021

Vidadi Ağakişi oğlu Acalov 1954-cü ildə Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur. 1-ci sinfə Kəpənəkçi kənd orta məktəbində getmiş və 1972-ci ildə orta məktəbi bitirmişdir.

1974-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinə qəbul olunmuşdur.

1979-cu ildə Universiteti müvəffəqiyyətlə bitirmişdir. Azərbaycan Elmlər Akademiyası Bioloji Tədqiqatlar Elmi Mərkəzində baş laborant işləmişdir. Sonra 1981-1982-ci illərdə SSRİ EA Molekulyar Biologiya İnstitutunda kiçik elmi işçi kimi fəaliyyətini davam etdirmişdir.

Azərbaycan alimi, akademik Cəlal Əliyev Vidadi Acalova SSRİ EA Molekulyar Biologiya İnstitutunun aspi-ranturasında oxumağı tövsiyə eləmiş, elə bu tövsiyə də Vidadi Acalovun gələcək alimlik taleyinin ilk başlanğıcı olmuşdur. Onun aspirantura həyatı 1987-ci ildə müdafiə elədiyi dissertasiya işi ilə özünün alimlik şöhrətini tapmışdır.

 

Vidadi Ağakişi oğlu Acalov “Molekulyar biologiya” elminin o vaxtlar təzə-təzə ərsəyə gələn gen mühəndisliyi sahəsində ilk alimlərdən idi. Ona görə də bu gənc alimi 1988-ci ildə Azərbaycan EA Botanika İnstitutunun “Məh-suldarlıq proseslərinin molekulyar-genetik əsasları” şöbə-sində gen mühəndisliyi laboratoriyasının müdiri vəzifəsinə seçmişdilər.

 

İmmunoqlobulin genlərinin quruluşunu və funksiyasını dərindən bilən alim eloğlumuz Vidadi Acalov faydalı genlərin gen mühəndisliyi üsulları ilə kənd təsərrüfatı bitkilərinə köçürülməsi və yeni sortların alınması istiqamətində səmərəli elmi tədqiqatlar aparmış və bir sıra maraqlı, dəyərli elmi nəticələr əldə etmişdi. Azərbaycan elminə xeyli sayda sanballı töhfələr vermiş gənc alim Vidadi Acalov molekulyar biologiyanın və genetikanın müxtəlif sahələrinə dair 40-dan çox elmi məqalənin müəllifi olmuşdu. O, 1994-cü ildə Ümumdünya “Soros” mükafatına layiq görülmüş, 1995-ci ildə isə ABŞ-da Kaliforniya Kənd Təsərrüfatı Uni-versitetinin Fəxri üzvü seçilmişdi. Vidadi Acalov Fransada, İsveçdə, İsveçrədə, Türkiyədə, Hindistanda və dünyanın bir sıra başqa ölkələrində keçirilən beynəlxalq elmi konfranslarda Azərbaycan elmini ləyaqətlə təmsil etmişdi.

 

Vidadi Acalov 1996-cı il dekabrın 11-də 42 yaşını tamamlamamış haqqın rəhmətinə qovuşmuşdur.

 

Allah rəhmət eləsin.

 

Qeyd: Məlumat Ziyadxan Budağın "Bir kəndin naxışları" kitabından əldə edilmişdir

 

8.1 KB