11.06.2021
Sahib Qurban oğlu Güləhmədov 8 yanvar 1966-cı ildə Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur.
Orta təhsilini 1972 – 1982 – ci illərdə Kəpənəkçi kənd orta məktəbində almışdır. 1982-ci ildə orta məktəbi bitirərək S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) biologiya fakültəsinə qəbul olmuşdur. 1989-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Biologiya fakültəsinin əyani şöbəsini adlı təqaüd və fərqlənmə diplomu ilə bitirmişdir.
1990-1993-cü illərdə Rusiya Elmlər Akademiyasının A.Bax adına Biokimya İnstitutunda aspirantura təhsili almışdır.
Sahib Güləhmədov1994-cü ildə Bakı Dövlət Universitetində müəllim kimi fəaliyyətə başlamışdı.
1995-ci il Biologiya elmləri namizədi (ixtisas: biokimya, bitki fiziologiyası) alimlik dərəcəsi almışdır.
Sahib müəllim 1996-cı ildə işlədiyi kafedranın “Baş müəllim”i olmuşdur. 2001-ci ildə isə ona “Dosent” elmi adı verilmişdir.
2003-cü ildə Fransanın Milli Aqronomik Araşdırmalar Mərkəzi (İNRA) onu bu “Mərkəz”də işləməyə dəvət etmişdir. Sahib Güləhmədov dəvəti qəbul edərək ora getmiş və 2007-ci ilədək bu ölkənin Nant şəhərində işləmişdir.
2016-cı ildə Biologiya üzrə elmlər doktoru (ixtisas: biotexnologiya) adı almışdır.
Aşağıdakı kitabların müəllifidir:
Ailəlidir, 2 oğul övladı var.