11.06.2021
Əfəndiyeva Nairə Pünhan qızı 1973-cü il sentyabrın 23-də Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub.
1980-1990-cı illərdə Bakı şəhəri Binəqədi rayonu 3 saylı orta məktəbində təhsil alıb. 1990-cı ildə Bakıda 3 saylı orta məktəbi “Gümüş Medal”la bitirmişdir. Elə həmin il Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin “ərəb” bölməsinə qəbul olmuşdur. 1995-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirmişdir.
Nairə xanım Universiteti bitirən kimi filologiya fakültəsinin “Dünya ədəbiyyatı” kafedrasında aspirantura təhsili almağa başlamışdır. 1995-1998-ci illərdə BDU-nun aspirantı olmuşdur.
2000-ci ildən BDU-nun Filologiya fakültəsinin „Azərbaycan dilinin tətbiqi məsələləri“ ETL-nin böyük laborantı işləyir. Universitetdə Azərbaycan dili və nitq mədəniyyəti və Dünya ədəbiyyatı – yapon ədəbiyyatı fənnlərini tədris edir.
2006-cı ildə filologiya elmləri doktoru, professor Cəlil Nağıyevin elmi rəhbərliyi ilə «Orta əsr ərəb məqamələrinin Qərbi Avropa ədəbiyyatına təsiri» mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Ailəlidir, iki övladı var.